Uşaqların Müdafiəsi Günü
01 iyun 2017-ci il Uşaqların Müdafiəsi günü münasibəti ilə Naftalan şəhər İcra Hakimiyyəti, Qızıl Aypara Cəmiyyətinin dəstəyi və şəhər Mədəniyyət Mərkəzinin musiqi kollektivinin iştirakı ilə "Qaşaltı" sanatoriyasında tədbir keçirilmişdir.
20 yanvar - Ümumxalq Hüzn Günü |
19 yanvar 2017-ci il tarixdə Naftalan şəhər uşaq musiqi məktəbində “20 yanvar – Ümumxalq Hüzn günüdür” adlı tədbir keçirildi.
Ilk öncə məktəbin müəllim və şagird kollektivi vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya dinlənildi və 20 yanvar hadisələri ilə bağlı sənədli film nümayiş etdirildi. |
Qanlı Yanvar |
19 Yanvar 2017-ci il tarixdə Şəhidlərin abidəsi önündə, Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Naftalan şəhər nümayəndəliyinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzinin təşkiletdiyi Azərbaycanın Azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olan “20 Yanvar” faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım günü keçirilidi. Anım günündə Şəhər İcra Hakimiyyəti aparatı, Hüquq mühafizə orqanlarını şəxsi heyyəti, şəhərin bütün müəssisə və təşkilatlarının, şəhər ictimaəti və şəhərimizə gələn qonaqların nümayəndələri iştirak etdilər.“20 Yanvar” faciəsinin qanlı-qadalı illərini, kədərli, ürək parçalayan o anlarını özündə əks etdirən qəmli və kədərli musiqilər səsləndirildi. Üzlərdə kədər, gözlərdə nəm, qəlblərdə isə ürək ağrıdan duyğuların ifadəsi hiss olundu.
Tədbir iştirakçıları onların xatirəsini əziz tutaraq şəhidlərin abidəsi önünəəklillər və gül-çiçək dəstələri qoyub ehtiramla yad etdilər. Tədbirin sonunda Axund onların ruhuna dualar oxudu. Hamı-qəbriniz nurla dolsun, əziz şəhidlər!- dedilər. Bununla da tədbir sona çatdı. |
"Yeni il gəlir!!!" |
29 dekabr 2016-cı il tarixdə Naftalan şəhər uşaq musiqi məktəbində “Yeni il” və “Dünya azərbaycanlılarının həmrəyliyi günü” münasibətilə tədbir keçirildi. Tədbirdə Azərbaycanın və xarici bəstəkarların əsərləri, vokal və xor qrupları, maraqlı səhnəciklər, dünya xalqlarının rəqsləri nümayiş etdirildi.
|
FIRST INTERNATIONAL "EDELWEISS" COMPETİTİON ifaçılıq müsabiqəsi - II yer
|
Qara Qarayev adına “Təhsil və ifa edir gənc müsiqiçilər” III Respublika Müsabiqəsinin laureatı Naftalan şəhər uşaq musiqi məktəbinin fortepiano şöbəsinin 7 illik təhsil sistemi üzrə III sinif şagirdi Məmmədli Brilyant İsmayıl qızı 01-03 dekabr 2016-cı il tarixdə Avstriyanın Vyana şəhərində keçirilən FİRST İNTERNATİONAL “EDELWEİSS” COMPETİTİON ifaçılıq müsabiqəsində A2 kateqoriyası üzrə II yerin qalibi olmuşdur.
27 avqust 2016-cı il tarixində Qəbələ Beynəlxalq Mürəbbə festifalı keçirildi. Festifalda Naftalan şəhər Mədəniyyət və Turizm şöbəsi Qızılgül mürəbbəsinə görə III, çiyələm mürəbbəsinə görə IV, nadir, xüsusiliyi ilə seçilən mürəbbənövünə görə IV yerə layiq görüldü. Bir Bürünc və iki fərqlənmə diplomları ilə təltif olundular. Festifal yüksək əhvali-ruhiyyə şaraitində keçdi.
|
Səyyar Kitabxana |
18 avqust 2016-cı il tarixdə Naftalan şəhər Mərkəzi kitabxana şəhərin bir neçə idarə və təşkilatlarında, sanatoriyalarda və parklarda kitab sərgiləri, “Mütaliə günləri” və “Səyyar Kitabxana”, “Açıq kitabxana” və və kitabxanaya daxil olan yeni kitablarla oxucular tanış edilir. Və bu məqsədlə də kitabxanaya daha çox oxucu kütləsi cəlb olunur.
|
Nagıllar aləmində |
17 avqust 2016-cı il tarixdə Naftalan şəhər Mərkəzi kitabxana uşaqlara hekayələrin və nağılların oxunması üçün uşaq bağçasında kitab sərgiləri “Açıq kitabxana”, "Nagıl dinləyək" təşkil edilir və kitabxanaya daxil olan yeni kitablarla kiçik yaşlı oxucularımız tanış olur. Və bu məqsədlə də kitabxanaya daha çox oxucu kütləsi cəlb olunur. |
Novruz bayramı |
|
Naftalan şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirildi |
29
aprel 2015- ci il tarixində Naftalan şəhər Heydər Əliyev Mərkəzində “
Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm
ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi”
mövzusunda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
kollegiya iclası keçirilmişdir. İclasda Nazirliyin kollegiyasının üzvləri,
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Samux rayon İcra
Hakimiyyətinin başçısı Alı Qocayev və digər qonaqlar iştirak etmişdir. Tədbirdə
öncə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış etdi, o öz
çıxışında qeyd etdi ki, Naftalan ta keçmişdən bu günə qədər turizm məkanına
çevrilmiş və çevrilməkdədir.
Sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev regionda turizmin inkişafından söz açmış və bildirmişdir ki, regionlarda turizmin inkişaf strukturunun kenişlənməsi prosesi olduqca sürətlənib, bu, Azərbaycan Respublikası Prezidentinin il ərzində mehmanxana və digər turizmin xidmət obyektlərinin açılışında iştirakı onun bu sahəyə yüksək diqqət göstərməsi və xalqımıza göstərdiyi yüksək qayğının nəticəsidir. Nazir eyni zamanda hər il ölkəmizdə 40-a yaxın otelin açılmasının sevindirici hal olmasını vurğulayaraq son illərdə turizmdən gələn gəlirlərdən söz açdı və göstərdi ki, I Avropa oyunları kimi möhtəşəm tədbirlərin keçirilməsi ölkəmizin bu sahədən də daha çox gəlir əldə edilməsini bir daha vurğuladı . Nazir lisenziyasız fəaliyyət göstərən mehmanxanalardan narazılığını ifadə etmiş və aidiyyəti üzrə bu problemlərin həllinə dair müvafiq tapşırıqlar vermişdir. Sonda “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi ilə müalicə turizmi sahəsində fəaliyyət göstərən memanxanalar arasında birgə əməkdaşlıq fəaliyyətinə dair Niyyət protokolu imzalanmışdır. Qeyd olunan məsələlər Kollegiya qərarı ilə təsdiq olunmuşdur. |
Birinci dünya müharibəsi |
18 iyul 2014-cü il tarixdə Nizami Gəncəvi adına MK-da Birinci dünya müharibəsinin 100 illiyi ilə əlaqədar ”Rədd olsun müharibə, biz sülh istəyirik” adlı dəyirmi masa keçirildi. Tədbirdə şəhər Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları, oxucu qruplarının və şəhər ictimaiyyətinin bəzi nümayəndələri iştirak etdi. Tədbiri giriş sözü ilə MK-nın direktoru N.Əliyeva açdı və Birinci dünya müharibəsi haqqında məlumat verdi. Sonra söz sistem inzibatçısı N.Yusifovaya verildi. O, Birinci dünya müharibəsinin başlanması və əsas səbəblərindən danışdı. O, qeyd etdi ki, Avstriya-Macarıstan Serbiya ilə arasındakı münaqişə müharibənin başlanması üçün bəhanə oldu. Avstriya-Macarıstan ordusunun baş komandanı, ershersoq Frans-Ferdinand Bosniyadakı manevrlərdə iştirak edirdi. İyunun 28-də Serbiyadan gəlmiş terrorçu qrupun üzvü olan Qavrilo Prinsip Avstriya-Macarıstan taxt-tacının vəliəhdini Sarayevoda öldürdü. Bunun qarşılığında Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan etdi. 1914-cü ilin iyulun axırında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil oldu. Belqrad şəhəri bombardman edildi. Rus İmperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə avqustun 1-də Alman İmperiyası Rusiyaya, avqustun 3-də isə Almaniya Fransaya müharibə elan etdi. Almaniya Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlandırdı və avqustun 4-də Belçikaya hücum etdi- deyə N.Yusifova öz sözünü tamamladı. Tədbir iştirakçıları Birinci dünya müharibəsini törədənlərə öz sonsuz nifrətlərini bildirdilər və “Rədd olsun müharibə”, “Biz sülh istəyirik” devisini irəli sürdülər, bununla da tədbir başa çatdı.
|
Kamran
|
09 dekabr 2013-cü il tarixdə şəhər 7-illik Uşaq müsiqi məktəbində “Kamran Hüseynov - 100” adlı musiqili yubiley gecəsi təşkil edildi.
Tədbirdə musiqi məktəbinin müəllimləri, eyni zamanda Mədəniyyət və Turizm şöbəsinin tabeliyində fəaliyyət göstərən təşkilatlarının bir qrup nümayəndələri və başqaları iştrirak etdilər. Tədbiri giriş sözü ilə şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Z. Adıgözəlov açdı və xalqımızın sevimli oğlu Kamran Hüseynovun keşməkeşli və mənalı həyat yolundan danışdı. Sonra musiqi məktəbinin direktoru A. Əliyeva və musiqi məktəbinin müəllimi Ş. Həsənov çıxış etdilər. Tədbir musiqi məktəbinin hazırladığı konsert proqramı ilə başa çatdı. Tədbirdən çəkilmiş şəkillərə baxın >>> |
|
Ünvan: Naftalan şəhəri, R. Zülfüqarov küçəsi 64. Telefon: (+994 22 35) 2 25 86, 2 30 56
Bütün hüquqları qorunur. © Naftalan MŞ - 2014
Bütün hüquqları qorunur. © Naftalan MŞ - 2014