Analoqu olmayan Naftalan neftinin müalicəvi xüsusiyyətləri
Naftalan nefti dünyada misli olmayan, unikal müalicə vasitəsidir. Naftalan qatı konsistensiyalı , qara- qəhvəyi rəngdə özünəməxsus ətirli bir mayedir. Naftalan neftinin elmi surətdə öyrənilməsində və onun fizioterapevtik tətbiqindən 100 ildən artıq bir vaxt keçir. Bir çox xəstəliklərin müalicəsində onun yüksək səmərə verməsi elmi dəlillərlə tam sübuta yetirilib. Naftalanın tərkibi ilə bir çox alimlər maraqlanmış, ancaq Yusif Məmmədəliyev öz sözünü demişdir. Şöhrətli alim, akademik Y. Məmmədəliyev Naftalan neftinin müalicəvi xassəyə malik olmasını bu neftdə olan naften karbohidrogenləri ilə əlaqələndirmişdir.Naften karbohidrogenləri doymuş və doymamış karbohidrogenlərdən ibarətdir. İnsanlara öz müalicəvi təsirini göstərən doymuş karbohidrogenlərdir. Özündə bir çox fermentlərin, hormonların və digər fizioloji aktiv maddələrin tərkibində olan siklopentan-perhidrofenantren skeletinin olması ilə bağlıdır. Ağrıəkəsici, iltihaba qarşı, damargenişləndirici, antiallergik trofik funksiyaların və mübadilə proseslərinin intensivliyinin aktivləşdirici, spermatogenez proseslərinin stimuledici,avolyasiya və ovogenez proseslərinin tezləşdirici təsiri var. Bu da 72 xəstəliyi müalicə etməyə imkan yaradır. Bütün bu təsirləri ilə Naftalan terapeyası tibbin bir çox sahələrində əvəzsiz müalicə metodu kimi qəbul edilmişdir.
UROLOGİYA ANGİOLOGİYA ARTOLOGİYA NEVROLOGİYA DERMATOLOGİYA GİNEKOLOGİYA OTORİNOLARİNQOLOGİYA və s. sahələr vardır.
XIX əsrin sonlarında Alman istehsalı olan Naftalan etiketli Azərbaycan möcüzəsinin dünyanın bir sıra ölkələrində o cümlədən Almaniya İngiltərə, Fransa, Yaponiya, Avstriya və s. məhşur olduğu tarixi faktır. Drezden Aksioner cəmiyyəti tərəfindən nəşr etdirilən kitab Naftalanın tibbi tətbiqinə həsr olunmuşdur ki, burada Egerin məqalələrindən başqa 600-dən artıq həkimin Naftalanın müalicəvi əhəmiyyəti haqqında fikirləri yer almışdır. Təsadufi deyildir ki, məhşur alman dermatoloqu P.Q.Unna 1903-cü ildə demişdir ki, kimin Naftalanı varsa, onun hər şeyi var. Naftalanın Rusiyada məhşurlaşmasında bioloji və müalicəvi təsir xüsusiyyətlərinin öyrənilməsində Azərbaycan alimlərinin Ş.M.Həsənov, A.İ.Qarayev, A.S.Həsənov, K.E.Eqerov, A.X.Quliyev, T.Q.Paşayev, E.M.Əfəndiyev, B.A.Eyvazov, S.M.Salixov, İ.M.İsmayılzadə, D.Q.Təqdisi, S.A.Quliyeva və başqalarının çox saylı elmi təhqiqatları əhəmiyyətli yer tutur. 1965-ci ildə Naftalanı daha dərindən öyrənmək məqsədilə yaradılan Elmi təhqiqat laboratoriyasının əsası 1936-cı ildə qoyulmuşdur. Bu addım Naftalan sanatoriyasını daha sürətlə inkişaf etməsinə səbəb oldu. Bunun nəticəsidir ki, keçmiş sovet respubilkalarından Naftalan vannaları qəbul etmək üçün Azərbaycana gələnlərin sayı on minlərlə idi. Qeyd edək ki, 1987-ci il üçün rəsmi olaraq müraciət edən xəstələrin sayı 70099 nəfər olmuşdur. İndiyədək Naftalanla bağlı 2700-dən artıq elmi iş, çoxlu sayda monoqrafiyalar, o cümlədən 270 yaxın namizədlik və doktorluq işləri görülmüşdür. Hal-hazırda Naftalan nefti bir sıra xəstəliklərin müalicəsində həkim, mütəxəssislər tərəfindən uğurla tətbiq edilməkdədir.