Hazırda şəhərimizdə səkkiz sanatoriya və bir mehmanxana fəaliyyət göstərir. Bir ədəd 50 yerlik “Kurort birliyi”, 25 yerlik “ Əlillərin bərpa mərkəzi” , 130 yerlik, “Naftalan müalicə və sağlamlıq mərkəzi” , 90 yerlik “Şəfa vannaları”, 98 yerlik “Möcüzəli Naftalan” , 240 yerlik “Sehrli Naftalan”, 312 yerlik “CHİNAR HOTEL & Naftalan“ və “QAŞALTI” sanatoriyası, ”Ağ bina” mehmanxanası. Əfsanəvi görkəmə malik olan bu sanatoriyalar öz füsunkarlığı , cazibəsi ilə dünyanın ən gözəl otel sanatoriyaları sırasındadır. “CHİNAR HOTEL & SPA Naftalan” – öz müştərilərinə ən yüksək xidmət göstərə bilən müasir və rahat bir otel-sanatoriyadır. “CHINAR HOTER & SPA” Naftalan” müxtəlif xəstəlikləri müayinə edən və onları naftalan məlhəmi ilə sağaldan , ən müasir texnalogiyalarla təchiz olunmuş müalicə profiloktika mərkəzidir. “CHINAR HOTER & SPA Naftalan “ – dörd bir yanı şam ağacları ilə əhatə olunmuş böyük bir ərazidə yerləşir və 2010-cu ildə istifadəyə verilmişdir. “QAŞALTI” sanatoriyasının olduqca əfsanəvi bir görkəmi var. Yüksək , müasir avadanlıqlarla təmin olunmuş və olduqca zövq oxşayandır. 2011-ci ildən istifadəyə verilmişdir. Naftalan sanatoriyalarında yerlərin sayı 1000-i keçib. Şəhərimiz gündən-günə gözəlləşir. Yaşayış binaları təmir edilir və cilalanır, dam örtükləri yenidən təmir olunur. Bu gün şəhərimizdə yenidənqurma işləri davam edir. Şəhərdaxili qaz xəttinin yenisi ilə, yerüstü elektrik xətlərinin yüksək gərginlikli yeraltı elektrik xətləri ilə əvəz edilməsi, su kanalzasiya sisteminin yenidən qurulması, şəhərin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi ilə təminatı kimi problemlər həll olunub.
Şəhərimizin istilik sisteminin təminatı artıq başa çatıb. Naftalan Kurort şəhərinin yenidən qurulması ilə əlaqədar aparılan işlər olduqca ürək açandır. Bu gün Naftalana dünyanın hər bir yerindən – MDB məkanı ilə yanaşı Almaniyadan, Polşadan, İrandan, Türkiyədən, Macarıstandan və digər ölkələrdən gələn yerli və xarici vətəndaşların rahat gəlişini təmin etmək üçün istismara yararsız olan hava limanının beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması yaxın gələcəkdə nəzərdə tutulub.Bu problem həll edildikdən sonra Naftalan Kurortunda müalicə olunanların sayı durmadan artacaqdır. Həmçinin son illər müxtəlif səbəblərdən şəhərimizi tərk etmiş onlarla iş adamları indi şəhərimizə qayıdır, yeni istehsal müəssisələri yaratmağa çalışırlar. Əvvəllər fəaliyyəti dayandırılmış müəssisələrin fəaliyyəti bərpa edilir, yeni iş yerləri açılır. 100-lərlə işsiz işlə təmin olunub.İndi şəhərimizdə işsizliyin sayı olduqca azalıb. Beynəlxalq əhəmiyyətli Naftalan Kurortu durduqca öz simasını tamamilə dəyişir və yeniləşir. Son illər şəhərimizdəki köhnə istifadəsiz qalan sanatoriyalar bərpa edlib istifadəyə verilir və yaxın zamanlarda yeni bir sanatoriyanın tikintisi artıq başa çatmaq üzrədir. Şəhərimiz gündən-günə gözəlləşir və gözəlləşəcək. Gözəl havası, suyu, torpağı, təbii aləmi olan, yaraşıqlı kiçik kurort şəhəri Naftalan artıq turizm mərkəzinə çevrilmiş və çevrilməkdədir. Yüksək keyfiyyətli, mehmanxana tipli – 264 yerlik “Qarabağ” hotel sanatoriyası tikilib istifadəyə verilmək üzrədir. Bu gündən belə şəhərimizin Turizm bazası daha da möhkəmlənəcək və genişlənəcəkdir. Naftalan dünya ictimaiyyətinin nəzər diqqətindədir.