Şəhər Mədəniyyət evi 1992-ci ildə fəaliyyət göstərməyə başladı. Mədəniyyət evinin direktoru vəzifəsində Əliyev Məmmədəli İsa oğlu işləmişdir. 2004-ci ildə Salmanova İradə İsmayıl qızı Mədəniyyət evinin direktoru vəzifəsinə təyin edildi. 2008-ci ildə direktor vəzifəsinə Abbasov Elbrus İsmayıl oğlu, 2011-ci ildən bu günə qədər Mədəniyyət evinin direktoru vəzifəsində Quliyev Adil Cuma oğlu işləyir. Mədəniyyət evində 5 nəfər işçi işləyir.
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. H. Əliyev
Qaşaltı Qaraqoyunlu kənd Mədəniyyət evi
Goranboy rayon Mədəniyyət şöbəsinin tabeliyində Qaşaltı Qaraqoyunlu kənd klubu 1995-ci ildən fəaliyyət göstərməyə başladı. Həmin ildən Qarayev Seyfəddin Xamoy oğlu klub müdiri vəzifəsində çalışırdı. 1997-ci ildən müdir vəzifəsini Məmmədova Nabat Məmməd qızı icra etdi. 1999-ci ildən kənd klubu ləğv olundu və Qaşaltı Qaraqoyunlu kənd Mədəniyyət evi yaradıldı. Avazova Elnarə Mikayıl qızı Mədəniyyət evinin direktor vəzifəsinə təyin edildi. Azərbaycan Respublikası Prezidentinin” Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 2010-cu il 31 may tarixli sərəncamı ilə Qaşaltı Qaraqoyunlu kənd Mədəniyyət evi Naftalan şəhər Mədəniyyət və Turizm şöbəsinin tabeliyinə daxil edildi. Mədəniyyət evinin 5 nəfər işçisi var.
Qasımbəyli kənd klubu
Qasımbəyli kənd klubu 1998-ci ildən Goranboy rayon Mədəniyyət şöbəsinin tabeliyində yaradılıb və fəaliyyət göstərməyə başlayıb. Həmin vaxtdan Mustafayeva İlhamə vahid qızı, 2006-ci ildən isə Mustafayev Vüsaqi Vahid oğlu, 2009-cu ildən Mustafayev Bəxtiyar Vahid oğlu, 2010-ci ildən isə Yusibov Kərəm Şikar oğlu müdir vəzifəsində işləyiblər. 2010-cu ilin dekabr ayında Qasımbəyli kənd klubunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Qasımbəyli kənd klubu 2013-cü ilin yanvar ayından Naftalan şəhər Mədəniyyət və Turizm şöbəsinin tabeliyində fəaliyyət göstərməyə başladı. Hüseynova Sevinc Əjdər qızı müdir vəzifəsinə təyin edildi. Klubun 3 nəfər işçisi var.