Naftalan şəhər Mədəniyyyət və Turizm şöbəsinin müdiri
Adıgözəlov Zöhrab Məmməd oğlu
1960 –cı il 22 oktyabrda Naftalan şəhərində anadan olmuşdur.
1981-1987-ci illərdə Azərbaycan Texnologiya Universitetində mühəndis-texnoloq ixtisası üzrə,1989-1991-ci illərdə Bakı şəhər Sosial İdarəetmə və Politologiya Universitetini bitirərək politoloq ixtisası təhsili alıb. 1985-1989-cu illərdə Goranboy rayonunun Azərbaycan SSR 60 illiyi adına sovxozda Partiya Komitəsinin katibi vəzifəsində işləmişdi 1983-cü ildən 1990-cıilə kimi Naftalan şəhər XDS-nın deputatı olub. 1991-ci ildə Azərbaycan KP Goranboy rayon Kamitəsində Partiya Təşkilatçısı,1991-1996-cı illərdə Naftalan şəhər İcra Hakimiyyəti Aparatında Ticarət və Xidmət sahələri üzrə aparacısı mütəxəssis,1996-2000-ci illərdə şəhər İcra Hakimiyətində Humanitar məsələlər üzrə şöbə müdiri,2000-2011-ci illərdə Naftalan şəhər Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 2012-ci ildən Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Goranboy rayon komitəsinin sədri vəzifəsində işləmişdir. 2013-cü ilin avqust ayından Naftalan şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür