Naftalan şəhərində mədəniyyət abidələri var. Vətən uğrunda həlak olanların memorial kompleksi - “Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimiz”in xatirə abidəsi, “ 20 yanvar şəhidləri”nin xatirə abidəsi, “Şəhidlər”in xatirə abidəsindən ibarətdir. Bu kompleks 2012-ci ildə yaradılmış, Naftalan şəhər Ş.Qurbanov küçəsi, Qələbə parkında yerləşir. Ümummilli liderimiz Heydər Əliyevin abidəsi 2006-cı ildə yaradılmış, H.Əliyev adına parkda, Xalq şairi Səməd Vurğunun büstü 1977-ci ildə qoyulmuş, S. Vurğun adına parkda, Nərman Nərmanovun büstü 1984-ci ildə qoyulmuş, N. Nərmanov adına parkda yerləşir.
HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!
HEYDƏR ƏLİYEV MƏRKƏZİ
Heydər Əliyev Muzeyi 2006-ci ilin yanvar ayından Mədəniyyət və İstirahət parkının ərazisində fəaliyyətə başlamış və sahəsi 61, 6 kvadrat metrdir. 2009-cu ildə həmin yerdə ümumi sahəsi 270 kvadrat metr olan yeni muzey binası tikilmiş, muzey Heydər Əliyev irsinin öyrənilməsi, təbliği, və gənc nəslin ondan örnək götürməsi məqsədi ilə yaradılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin 21.01.2011-ci il tarixli 19 nömrəli əmrin icrası ilə əlaqədar H. Əliyev muzeyi mərkəz adlandırıldı. Mədəniyyət və İstirahət parkında 2013-ci ildə geniş və yaraşıqlı otaqları olan H. Əliyev Mərkəzinin tikintisi başa çatdı və həmin binada fəaliyyət gostərir. Muzey Mərkəzinin ümumi sahəsi 722 kvadrat metrdən və öz sahəsi isə 159 kvadrat metrdən ibarətdir. Mərkəz internet klubu 33 kvadrat metr, konfras zalı 186 kvadrat metr, foto-studiya 32 kvadrat metr, elektron kitabxana 51 kvadrat metr, təsviri sənəd studiyası 49 kvadrat metr, 2 ədəd kabinet 25 kvadrat metr və 28 kvadrat metr sahədən ibarətdir. Yüksək sürətli elektrik xəttinə birləşdirilmiş 22 ədəd komputer vasitəsi ilə Ulu Öndərin həyat və fəaliyyəti barədə Mərkəzə gələnlər məlumatlandırılır. Hal-hazırda eksponantların sayı 370 ədəd, nümayiş etdirilən eksponatların sayı 180 ədəd, ekspozisiyada nümayiş etdirilən eksponatların sayı isə 45 ədəddir.
İstirahət parkları haqqında məlumat
Naftalan şəhərində 4 park mövcuddur. 1. Qələbə parkı 2. Səməd Vurğun parkı 3. Nəriman Nərimanov parkı 4. Heydər Əliyev parkı
Qələbə parkı - Bələdiyyə idarəsinin, Səməd Vurğun və Nəriman Nərimanov adına parklar - Kommunal Təsərrüfatı idarəsinin, Heydər Əliyev adına park isə İcra Hakimiyyətinin balansındadır.