Mədəniyyət və Turizm şöbəsi 1978- ci ildə Naftalan şəhər Xalq Deputatları Savetinin (XDS) - nin tərkibində Mədəniyyət inspektorluğu kimi fəaliyyət göstərirdi. İnspektorluğun tabeliyində iki kitabxana və bir musiqi məktəbi var idi. Tarix-Diyarşünaslıq muzeyi isə sonradan yarandı. 1992-ci ildə Mədəniyyət inspektorluğu XDS-nin tərkibindən ayrılaraq Naftalan şəhər Mədəniyyət şöbəsi kimi müstəqil fəaliyyət göstərməyə başladı. 2006-cı ildə Mədəniyyət şöbəsinin adı dəyişdirilərək Mədəniyyət və Turizm şöbəsi adlandırıldı və bununla da onun potensialı xeyli yüksəldi.
Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan idarələr:
1. Heydər Əliyev Mərkəzi 2. N. Gəncəvi adına Mərkəzi şəhər Kitabxanası